David Zalkaniani Din Azadlığı haqqında beynəlxalq konfransda okupasiya rejimi tərəfindən din hüquqlarının pozulması haqqında danışdı
David Zalkaniani Din Azadlığı haqqında beynəlxalq konfransda okupasiya rejimi tərəfindən din hüquqlarının pozulması haqqında danışdı

David Zalkaniani Din Azadlığı haqqında beynəlxalq konfransda okupasiya rejimi tərəfindən din hüquqlarının pozulması faktları haqqında danışdı.

Gürcüstanın Xarici İşlər Naziri David Zalkaniani, Vaşinqtonda, Dövlət Departamenti tərəfindən təşkil edilən din azadlığı haqqında ministerilda məruzə ilə çıxış etdi.

ABŞ-ın vitse-prezidenti Maik Pensin patronajı ilə keçirilən ministerialda 40-dan artıq ölkənin Xarici İşlər Naziri iştirak edir.

Öz çıxışında Davit Zalkaniani Gürcüstanda qüvvədə olan dini instituların, ölkənin Avropa və Avro-atlantik inteqrasiya yolunda nail olduğu müvəffəqiyyətlərə fəal şəkildə qoşulmaları haqqında danışdı.

Gürcüstanın Xarici İşlər İdarəsinin rəhbəri dini azadlıq konfransında iştirak edən ictimaiyyətə Rusiya Federasiyası və onun okupasiya rejimi tərəfindən, Gürcüstanın işğal edilmiş ərazilərində insan hüquqlarının pozulması və dini azadlığın fundamental hüquqlarının pozulması faktları haqqında məlumat verdi.

Ministerialı ABŞ-ın vitse-prezidenti Maik Pens və Dövlət Katibi Maik Pompeo açdılar.