David Zalkaliani - Ukrayna və Moldova Xarici İşlər nazirlərilə görüş Şərq Partnyorluğunun 2021-ci il sammitinə fokus edilmişdi
Gürcüstan Xarici İşlər naziri, David Zalkaliani Ukrayna və Moldova Xarici İşlər nazirlərilə onlayn görüş barəsində məlumat yayır.
David Zalkaliani “tvitter” sosial şəbəkəsində yazdığına görə, Ukrayna və Moldovalı həmkarı ilə ümumi maraqlar sahələrində əməkdaşlığın gücləndirilməsi yolları və Avropa inteqrasiya yolunda birgə cəhdlərin əhəmiyyətini müzakirə etdi.
“Həmkarlarım Aureliyo Çikoy və Dimitri Kuleba ilə onlayn görüşdə iştirak etdim. Ümumi maraqlar sahələrində əməkdaşlığın gücləndirilməsi yolları və Avropa inteqrasiya yolunda birgə cəhdlərin əhəmiyyətini müzakirə etdik. Görüş Şərq Partnyorluğunun 2021-ci il sammitinə fokus edilmişdi”, – Gürcüstan Xarici İşlər naziri yazır.