David Zalkaliani Şərq Tərəfdaşlığının Xarici İşlər Ministerialının toplantısında iştirak edəcək
Noyabrın 15-də Brüsseldə Gürcüstanın baş nazirinin müavini və xarici işlər naziri David Zalkalianinin iştirakı ilə Şərq Tərəfdaşlığı Xarici İşlər ministerialı toplantısı keçiriləcək. Bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.
Agentliyin məlumatına görə, ministerial Şərq Tərəfdaşlığı sammitinə bir ay qalmış keçiriləcək və sammitin əsas mövzuları üzrə müzakirələr aparmağı qarşısına məqsəd qoyub.
“Davit Zalkaliani həmkarları ilə Sammit Bəyannaməsi, Şərq Tərəfdaşlığının İqtisadi və İnvestisiya Planı, Aİ-nin flaqman təşəbbüsləri, o cümlədən Gürcüstanın Aİ ilə enerji, nəqliyyat və digər sahələrdə əlaqələrinin gücləndirilməsi kimi mühüm mövzularda Gürcüstan tərəfinin gözləntilərini və prioritetlərini bölüşəcək.
Baş nazirin müavini təhlükəsizlik çağırışlarına diqqət yetirəcək və həmkarları ilə Aİ-nin rolunu və onun Şərq Tərəfdaşlığı regionunda iştirakının gücləndirilməsini müzakirə edəcək.
“Nazirlərlə paralel olaraq Davit Zalkaliani Aİ-nin qonşuluq və genişlənmə üzrə komissarı Oliver Varhel ilə görüş keçirəcək və burada Gürcüstan və Aİ arasında daha geniş spektrli münasibətləri müzakirə edəcək”, – XİN-in bəyanatında deyilir.