David Zalkaliani "İŞİD"-də qarşı mübarizənin qlobal koalisiya ministerialında iştirak edəcək
David Zalkaliani "İŞİD"-də qarşı mübarizənin qlobal koalisiya ministerialında iştirak edəcək

Gürcüstanın Xarici İşlər naziri, David Zalkaliani 28 iyunda Romada, “İŞİD”-də qarşı mübarizənin qlobal koalisiya ministerialında iştirak edəcək. Ministeriala İtaliya Xarici İŞlər naziri Luici Di Maio və ABŞ dövlət katibi Entoni Blinken həmsədrlik edəcək.

Ministerial çərçivəsində David Zalkalianin nitqlə çıxışı planlaşdırılıb. Xarici İşlər naziri Gürcüstan hökumətinin ölkə ərazisində sabit və təhlükəsiz mühitin təmin edilməsi istiqamətilə səyləri barəsində söhbət edəcək. Həmçinin terrorizmin yekun olaraq dəf edilməsi yolunda beynəlxalq həmdostluğun sonrakı koordinasiyalı və vahid tədbirlərin əhəmiyyətinə xüsusi diqqət yetirəcək.

Tədbir çərçivəsində, iştirakçılar “İŞİD”-də qarşı mübarizənin qlobal koalisiya tərəfindən görülmüş tədbirlər və gələcək planları müzakirə edəcəklər. Həmçinin üzv ölkələr tərəfindən götürülən öhdəliklərin əhəmiyyəti İraq və Suriyada azad olunmuş ərazilərdə mövcud vəziyyətin sabitlşdirilməsinə xüsusi diqqət yetirəcəklər.

Təbirdə koalisiyaya daxil olan ölkələrin Xarici İşlər nazirləri, eləcə də NATO-nun baş katibi, Yens Stoltenberq və Avropa İttifaqının ali nümayəndəsi, Cozef Borel iştirak edəcəklər.