David Zalkaliani - Biz Ukraynanın yanındayıq, beynəlxalq partnyorları Rusiyanın beynəlxalq hüququ pozmasına sərt cavab verməyə çağırırıq
Gürcüstanın baş nazirinin müavini, Xarici İşlər naziri, David Zalkaliani Ukraynadakı hadisələrə münasibət bildirir.
Zalkalianinin “tvitter” sosial şəbəkəsində yazdığı kimi, Rusiyanın Ukraynaya hərbi təcavüzü qəbuledilməzdir.
“Rusiyanın Ukraynaya qarşı həyata keçirdiyi hərbi təcavüzü tamamilə qəbuledilməzdir. Biz Ukraynanın yanındayıq, beynəlxalq partnyorları Rusiyanın beynəlxalq hüququ pozmasına sərt cavab verməyə və vəziyyətin deeskalasiyasını təmin etməyə çağırırıq”, – Zalkaliani yazır.