David Zalkaliani - Beynəlxalq hüquqda, Lavrovun dediyinə bənzər bir şey yoxdur
Beynəlxalq hüquq, Gürcüstanın ərazi bütövlüyünü, beynəlxalq aləmdə tanındığı sərhədlərdə, qəti olaraq tanıyır, – Xarici İşlər nazirinin müavini David Zalkaliani Rusiya xarici işlər naziri Sergey Lavrova bu cür cavab verdi.
Sergey Lavrova Avstriyada, Vyanada keçirilən mətbuat konfransında Birinci Kanalın jurnalistinin sualına cavab olaraq bildirdi ki, Rusiya, Gürcüstanın ərazi bütövlüyünə, eləcə də yeni respublikalar, Cənubi Osetiya və Abxaziyanın müstəqilliyinə hörmət edir.
David Zalkalianinin dediyinə görə, heç bir beynəlxalq hüquqda Sergey Lavrovun dediklərinə bənzər bir şey yoxdur.
“Müstəqil Abxaziya və Sxinvali bölgəsi yoxdur. Beynəlxalq hüquq, Gürcüstanın ərazi bütövlüyünü, beynəlxalq aləmdə tanındığı sərhədlərdə, qəti olaraq tanıyır.
Həmçinin, beynəlxalq hüququn dəyərləndirməsi ilə, bu ərazilər işğal olunubdur. Rusiya Federasiyası beynəlxalq hüquq normalarına hörmət etməlidir”, – David Zalkaliani bəyan etdi.