David Zalkaliani ABŞ Dövlət Departamentinin müşaviri ilə telefon danışığı apardı
David Zalkaliani ABŞ Dövlət Departamentinin müşaviri ilə telefon danışığı apardı

Gürcüstan Xarici İşlər naziri, David Zalkaliani ABŞ Dövlət Departamentinin müşaviri, Derek Çolet ilə telefon danışığı apardı.

David Zalkaliani “tvitter” sosial şəbəkəsi vasitəsilə Dövlət Departamentinin müşavirinə dəstəyinə görə təşəkkürünü bildirir.

“Bizim əsas partnyorumuz – ABŞ-a bizim suverenliyimiz və ərazi bütövlüyümüzə qarşı dəstəyə görə təşəkkürlər.

Bu həlledici məqamda birlik və partnyorluq Avropanın təhlükəsizliyi üçün əhəmiyyətlidir. Gürcüstan Ukraynaya həmrəyliyini ifadə edir”, – nazirin müraciətində deyilir.

“Tvitter” vasitəsilə telefon söhbətini Derek Çolet də dəyərləndirir.

“GürcüstanınXarici İşlər naziri Zalkaliani ilə Rusiyanın Ukraynaya qarşı təxribatsız və əsassız hücumu və Gürcüstanın işğalı barədə danışdım. Biz Ukrayna və Gürcüstanın suverenliyini və ərazi bütövlüyünü dəstəkləmək üçün vahidik”, – Çolet yazır.