David Sergeenko - Ukraynaya səfər yalnız qısa perspektivdə deyil, gələcəkdə ölkələrin əlaqələri kontekstində əhəmiyyətli idi
David Sergeenko - Ukraynaya səfər yalnız qısa perspektivdə deyil, gələcəkdə ölkələrin əlaqələri kontekstində əhəmiyyətli idi

Düşünürəm deyə bilərik ki, bu məsələlərin tam əksəriyyəti artıq bağlanıbdır və əgər nəsə məsələ qalıbsa, artıq pozitiv həlli yolundadır, – bu barədə Gürcüstanın Birinci Kanalına Parlamentin vitse-spikeri, David Sergeenko Parlament nümayəndə heyətinin Ukraynaya səfəri ilə bağlı bəyan etdi.

“Səfəri planlaşdırarkən iki istiqamətdə gözləntilərimiz var idi. Birincisi bu, Gürcüstanın Ukrayna ilə həmrəyliyinin ifadəsi idi. İkincisi, mövcud anlaşılmazlıqları aradan qaldırmağa imkan cerəcəkdi. Radada kifayət qədər uzun müddət davam edən görüşün nəticəsi olaraq, artıq bu görüşün yaxşılığa doğru xeyli dəyişdiyinə dair aydın əlamətlər var idi. Onların əhval-ruhiyyəsi görüşün əvvəlindən sonuna kimi xeyli dəyişdi, ona görə də bu səfər özlüyündə nəinki qısamüddətli, indi həmrəylik, həm də ölkələr arasında gələcək münasibətlər kontekstində əhəmiyyətli idi. Anlaşılmazlıqların çoxuna aydınlıq gətirildi və elə orada həll olundu. Əgər hər hansı bir istiqamət qalıbsa, məsələn, sanksiyaları dəstəkləmək və ya dəstəkləməmək istiqamətində Şalva Papuaşvili çox aydın izahatlar verdi, bu da onlar üçün tamamilə məqbul oldu. Düşünürəm deyə bilərik ki, bu məsələlərin tam əksəriyyəti artıq bağlanıbdır və əgər nəsə məsələ qalıbsa, artıq pozitiv həlli yolundadır”, – David Sergeenko bəyan etdi.

Gürcüstan Parlament nümayəndə heyəti Ukraynadan bu gün qayıtdı.