David Sergeenko - Qan Bankı çalışır ki, bədbəxt hadisəni öz marketinqi üçün istifadə etsin
Qan Bankı çalışır ki, bədbəxt hadisəni öz marketinqi üçün istifadə etsin, – Səhiyyə naziri David Sergeenko “Qan Bankı” MMC-nin nümayəndəsinin, qan ehtiyyatının defisiti barəsində bəyanatına bu cür əks səda verdi.
David Sergeenkonun qeyd etdiyinə görə, Didi Diğomidə baş verən partlayış nəticəsində klinikalara səkkiz insan müraciət etdi. Buradan altısı İyaşvili adına klinikaya yerləşdirildi və nəticədə qanın minimal miqdarı istifadə olundu.
“Qan Bankı çalışır ki, bədbəxt hadisəni öz marketinqi üçün istifadə etsin, pulsuz donorları cəlb etsin və məhsul hazırlasın, və bunların hamısı ölkədə matəm günü elan olunduğu bir fonda baş verir. Bu faktın dəyərləndirməsini ivtimaiyyətə buraxıram. Uşaqların müalicəsi prosesi zamanı çox az sayda qandan istifadə olundu”, – David Sergeenko bəyan etdi.
Bu gün İyaşvili adına klinikanın həyətində yerləşən “Qan Bankı” MMC-nin nümayəndəsi Eka Quqeşaşvilinin şərhi yayıldı. O, qeyd etdi ki, Didi Diğomidə baş verən partlayışdan sonra, onlar İyaşvili adına klinikaya və başqa klinikalara gətirilən uşaqları qanla təmin etdilər və buna görə, qanın ehtiyyatı minimumdadır.