David Sergeenko - Ən qorxulu kabuslarımda belə marixuana təsiri altında olan cərrah, müəllim və yaxud avia-dispeçer təsəvvür etmək istəmirəm
David Sergeenko - Ən qorxulu kabuslarımda belə marixuana təsiri altında olan cərrah, müəllim və yaxud avia-dispeçer təsəvvür etmək istəmirəm

Ən qorxulu kabuslarımda belə marixuana təsiri altında olan cərrah, müəllim və yaxud avia-dispeçer təsəvvür etmək istəmirəm, – bu barədə bəyanatı Səhiyyə Naziri Davit Sergeenko konstitusiya Məhkəməsi tərəfindən marixuanadan istifadəyə sanksiyaların ləğv edilməsi ilə bağlı verdi.

Sergeenko bu mövzu ilə bağlı NDİ tədqiqatlarının nəticələri ilə bağlı sualları cavablandırarkən danışdı.

“Mənim bir həkim olaraq, mövqeyim belədir, –  çox təəcübləndim ki, Konstitusiya Məhkəməsi bu məsələ ilə bağlı hələ də elmi dəlillərə əsaslanan disskusiyalarını başa çatdıra bilməyən sahə ekspertlərindən daha yüksəkdə oldu və belə bir qərar verdi. Bu qərar verildi isə, onu tənqid etməyə haqqım yoxdur.

Mən ən qorxulu kabuslarımda belə marixuana təsiri altında olan cərrah, müəllim və yaxud avia-dispeçer təsəvvür edə bilmirəm” – dedi Səhiyyə Naziri David Sergeenko.

Milli-Demokratik institutu NDİ tərəfindən sorğulananların 74% hesab edir ki, marixuananın leqalizasiyasına izin verilməməli idi.