David Sergeenko - istənilən məsələ üzrə, o cümlədən "NamaxvanSES" məsələsi üzrə hökumət və etirazçılar arasında düzgün kommunikasiya əhəmiyyətlidir
David Sergeenko - istənilən məsələ üzrə, o cümlədən "NamaxvanSES" məsələsi üzrə hökumət və etirazçılar arasında düzgün kommunikasiya əhəmiyyətlidir

İstənilən məsələ üzrə, o cümlədən “NamaxvanSES” məsələsi üzrə hökumət və etiraz iştirakçıları arasında düzgün kommunikasiya əhəmiyyətlidir, – bu barədə Parlamentin vitse-spikeri, David Sergeenko bəyan etdi.

“İnanıram ki, kommunikasiya effektli olacaq və məqbul güzəşt olacaq. Ultimatumlarla söhbət çətin olacaq ki, nəticəyə orientirləşdirilmiş yanaşma kimi hesab edək. Kommunikasiya düzgündür ki, ədalətli qərara qədər gedib çıxsınlar”, – Sergeenko bəyan etdi.

“NamaxvanSES” tikintisinə qarşı çıxanların aksiyası Tbilisidə dünən keçirildi. Aksiya iştirakçılarl İlk Respublika Meydanında, yolda çadırlar açdılar. Aksiya təşkilatçılarının bəyanatına görə, 24 may saat 12:00-a qədər onların tələbləri barəsində hakimiyyətin qərarını gözləyəcəklər. Tələblərə gəldikdə, Varlam Qoletianinin bəyan etdiyinə görə, “Enka” şirkəti rayonu tərk etməlidir, şirkətlə imzalanan müqavilə dayandırılmalıdır, 2015-ci ildən şirkətlə olan bütün sənədləşdirmə ləğv olunmalıdır. Elə onun dediyinə görə, tələblər arasında İqtisadiyyat nazirinin istefası da var. Qoletianinin dediyinə görə, tələblərin təmin olunmadığı təqdirdə, paytaxtı təcrid edəcəklər.

Bununla yanaşı, “Enka” şirkəti bəyanatı dünən yaydı və tərəflərə dialoq təklif edir.