David O'Sallivan - Gürcüstan sanksiyalardan yayınmaq üçün ölkə ərazisinin istifadəsinə imkan verməmək istiqamətində çox ciddi öhdəliklər götürüb
David O'Sallivan - Gürcüstan sanksiyalardan yayınmaq üçün ölkə ərazisinin istifadəsinə imkan verməmək istiqamətində çox ciddi öhdəliklər götürüb

 Gürcüstan sanksiyalardan yayınmaq üçün ölkə ərazisinin istifadəsinə imkan verməmək istiqamətində çox ciddi öhdəliklər götürüb-bu sözləri Avropa İttifaqının sanksiyalar üzrə xüsusi nümayəndəsi David O’Sallivan deyib.

O’Sallivanın Tbilisidə keçirdiyi mətbuat konfransında qeyd etdiyi üzrə, Gürcüstanın Avropa İttifaqının sanksiyalarına qoşulmamasına və sanksiyaları həyata keçirməməsinə baxmayaraq, Gürcüstan öz ərazisindən sanksiyalardan yan keçmək üçün istifadə edilməsinə imkan verməmək istiqamətində çox ciddi öhdəliklər götürüb.

“Qeyd etdiyim səbəblərə görə, Gürcüstan Avropa İttifaqı sanksiyalarının bir hissəsi deyil və sanksiyaları həyata keçirmir, lakin son iki gündə gördüyümüz kimi, Gürcüstan öz ərazisindən sanksiyalardan yan keçmək üçün istifadə edilməsinə imkan verməmək, mal ticarəti kimi, xüsusilə də 38 döyüş məhsulu ilə əlaqəli çox ciddi öhdəliklər götürür”- O’Sallivan bildirib.