David Narmaniya - "City Parkın" böyük günahları var, müqavilənin ləğv olunması önəmli qərardır
Tbilisinin keçmiş meri, David Narmaniya “City Park” ilə müqavilənin ləğ olunması qərarını alqışlayır və qeyd edir ki, bu önəmli qərardır.
“City Parkın” böyük günahları var və son illlər ərzində düzgün hərəkət etmirdilər. Buna görə, düşünürəm ki, önəmli və yaxşı qərardır. Əsas odur ki, sonrakı menecment düzgün qurulsun. Bununla şəhər və həmvətəndaşlarımız yararlanacaqlar”, – David Narmaniya bəyan etdi.
Tbilisi meri, Kaxa Kaladze bu gün brifinqdə bəyan etdi ki, 2018-ci il, aprelin 10-dan, Meriya “City Park” ilə imzalanmış müqaviləni dayandırır.