David Bakradze - Çox vacibdir ki, Giorgi Kvirikaşvilinin ABŞ-a səfəri Maik Pompeonun Dövlət Katibi vəzifəsinə təyin edilməsindən bir həftə sonra baş tutdu
ABŞ-da Gürcüstanın Fövqəladə və Səlahiyyətli səfiri David Bakradze Gürcüstanın baş naziri Giorgi Kvirikaşvilinin Vaşinqtona işguzar səfərini sıx əməkdaşlığın davamı olaraq, dəyərləndirir.
Onun bəyan etdiyinə görə, bu səfərin ABŞ-a məhz Mail Pompeonun Dövlət Katibi vəzifəsinə təyin edilməsindən bir həftə sonra baş tutması faktı da bunu təsdiqləyir.
Bakradzenin dediyinə görə, qanunverici və icraçı orqanlarının nümayəndələri arasında ikitərəfli görüşlər planlaşdırılıb. Səfər çərçivəsində müdafiyə və təhlükəsizlik məsələləri də müzakirə olunacaq.
Giorgi Kvirikaşvilinin ABŞ-a səfəri bugün başladı.
Gürcüstanın ilk respublikasının 100 illik yubileyi çərçivəsində strateji partnyorluq konfransı planlaşdırılıb, hansını Gürcüstanın baş naziri açacaq.