David Ağmaşenebeli prospektində avtomobillərin hərəkəti müvəqqəti məhdudlaşdırılacaq
Çuğureti rayon icra hakimiyyəti tərəfindən təşkil olunmuş – “mənim yazım 2023” çərçivəsində keçiriləsi yürüşə görə, 26 martda, saat 11:00-dan saat 12:00-a qədər David Ağmaşenebeli prospektində avtomobillərin hərəkəti müvəqqəti məhdudlaşdırılacaq, – bu barədə Tbilisi Meriyasının bəyanatında qeyd olunur.
Elə onların məlumatına görə, Məhdudiyyət Dodo Abaşidze küçəsinin kəsişməsindən Kiyev küçəsi ilə kəsişməsinə qədər tətbiq olunacaq.
“Marcanişvili küçəsindən Cemal Çkuaseli küçəsi istiqamətinə hərəkət edən avtomobillər Kote Marcanişvili və Dimitri Uznadze küçələrindən istifadə etməklə hərəkət edə biləcəklər. Kiyev küçəsindən David Aqmaşenebeli prospektinə və Cemal Çkuaseli küçəsinə qədər hərəkət sxemi isə, dəyişməz qalacaq. Tədbir zamanı David Ağmaşenebeli prospektində ictimai nəqliyyat hazırkı marşrut üzrə dəyişməz olaraq hərəkət edəcək”, – məlumatda deyilir.