Daşkənd-Tbilisi-Daşkənd hava xəttində aşağı büdcəli aviaşirkət "Centrum Air" fəaliyyətə başlayır
Bu ilin yay naviqasiya mövsümündə Gürcüstan və Özbəkistan Respublikası arasında hava daşımalarının tezliyi artacaq, – Mülki Aviasiya Agentliyi xəbər verir.
2019-cu ildə Gürcüstanın aviasiya bazarına daxil olan “Uzbekistan Airways”dən sonra “Centrum Air” Daşkənd-Tbilisi-Daşkənd hava marşrutu üzrə fəaliyyətə başlayır.
Mayın 13-dən etibarən hər həftənin şənbə günləri həftədə bir dəfə olmaqla bir neçə çarter reysləri həyata keçiriləcək. Gürcüstanın Mülki Aviasiya Agentliyi “Centrum Air”in tələb olunan müddət üçün (2023-cü il avqustun sonuna qədər) uçuş müraciətini təsdiqləyib.
Hazırkı mərhələdə “Uzbekistan Airways” aviaşirkəti Gürcüstan və Özbəkistan Respublikası arasında həftədə üç dəfə müntəzəm uçuşlar həyata keçirir.