Fransada daşqınlara görə, Luvrun bir hissəsi bağlandı
Sena çayı məcrasından çıxıb.
Trend-in məlumatına görə, çayda suyun səviyyəsi ən azı 3,3 metr qalxıb. Daşqın nəticəsində sahilə yaxın ərazilər su altında qalıb.
Yerli hakimiyyət şəhərin şərq hissəsindən Eyfel qülləsinədək çay boyunca yollarda hərəkəti dayandırmağı qərara alıb.
Parisin 6 dəmiryol vağzalı bir neçə günlük bağlanıb.
Meteoroloqların proqnozuna görə, çayda suyun səviyyəsi yenə qalxacaq.