Laqodexi meriyası işin fövqəladə rejiminə keçib. Buna səbəb munisipalitetdə aşan dərələrdir.
Munisipalitetin meri, Condo Mdivnişvilinin Birinci Kanala bəyan etdiyinə görə, Şromi dərəsi, Laqodexi dərəsi və Nino dərəsi aşıb.
“Suyun səviyyəsinin artması təqdirində müvafiq texnikanı səfərbər etmişik. Texnika bütün gecə sahilbərkitmə işlərini görürdü. Xidmətlərimiz işin fövqəladə rejiminə keçib”, – Laqodexi meri bəyan etdi.