Daşqın səbəbindən Banqkok təbii fəlakət zonası olaraq elan edilib
Güclü yağıntının səbəb olduğu daşqın nəticəsində Tailand hakimiyyəti Banqkoku təbii fəlakət zonası olaraq elan edib.
Daşqın nəticəsində yollar və yaşayış evləri su altında qalıb. Bəzi yerlərdə avtomobillər suya batıb, insanlar belədək suyun içində hərəkət etməli olublar.
Şəhərin bütün 50 rayonunda fövqəladə vəziyyət elan edilib.
Banqkok qubernatoru Çadçart Sittipunt vəziyyətin “insan həyatı üçün təhlükə yaratdığını” bildirib. Onun dediyinə görə, ən çox şəhərin şərq hissəsi zərər çəkib.
Fəlakətdən zərər çəkənlər üçün müvəqqəti sığınacaqlar və səyyar mətbəxləri qurulur. Zərərçəkmiş şəxslər müvəqqəti yaşayış yeri kimi məktəblərdən də istifadə edə biləcəklər.
Əhaliyə zərurət olmadıqca evdən çıxmamaq və hərəkətdən çəkinmək tövsiyə olunur.
Bununla yanaşı, “Reuters”in məlumatına görə, supermarketlərdə izdiham yaşanır. İnsanlar zəruri ərzaq məhsullarını tədarük edirlər.
Meteoroloqların məlumatına görə, həftəsonu şimşək çaxacağı gözlənilir, növbəti həftə ərzində isə yağışlar davam edəcək.