“Dapioni” hərəkatı anlaşılmazlığın qarşısını almaq üçün bugünkü aksiyanın təşkilində iştirak etməyəcəyini bildirir
“Dapioni” hərəkatı anlaşılmazlığın qarşısını almaq üçün bugünkü aksiyanın təşkilində iştirak etməyəcəyini bildirir.
Bu barədə “Dapioni”nin açıqlamasında bildirilir.
“Dostlar, bu gün etiraz aksiyası keçirildiyindən və bu aksiyanın təşkilində bir çox təşkilatçılar iştirak etdiyindən, heç bir əlaqəmiz və ünsiyyətimiz olmayan şəxslərin olduğuna görə, anlaşılmazlıq olmasın deyə qərara gəldik ki, “Dapioni” komandası bugünkü aksiyanın (24.04.2024) təşkilində iştirak etməyəcək,hərçənd, biz bugünkü təşkilatçılara və Gürcüstanı qorumaq istəyən bütün vətənpərvər insanlara dəstəyimizi bildiririk.
Hamınızı sakit və güclü olmağa çağırırıq. Hər şey yaxşı olacaq”, – deyə məlumatda bildirilib.