Danimarkanın Xarici İşlər naziri Gürcüstana səfər edəcək
Danimarkanın Xarici İşlər naziri Gürcüstana səfər edəcək

Cari il mayın 14-15-də Danimarka Krallığının Xarici İşlər naziri, Lars Loke Rasmussen Gürcüstana səfər edəcək.

Məlumatı Gürcüstan Xarici İşlər Nazirliyi yayır.

Elə onların məlumatına görə, Danimarkalı həmkarına Gürcüstanın Xarici İşlər naziri, İliya Darçiaşvili ev sahibliyi edəcək, həm təkbətək, həm də iki ölkənin nümayəndə heyətləri arasında görüş keçiriləcək.

“Səfər çərçivəsində, Danimarka Krallığının Xarici İşlər naziri ilə Gürcüstanın baş naziri, İrakli Ğaribaşvili görüş keçirəcək. Lars Loke Rasmusseni Danimarka biznes nümayəndə heyəti müşayiət edir. Nazir və biznes nümayəndə heyətinin Gürcüstanın baş nazirinin müavini, İqtisadiyyat və Davamlı İnkişaf naziri Levan Davitaşvili ilə görüşü keçiriləcək.

Qeyd olunasıdır ki, səfər çərçivəsində Danimarkanın Xarici İşlər naziri gürcü həmkarı, İliya Darçiaşvili ilə birlikdə Danimarkanın Gürcüstandakı səfirliyinin rəsmi açılışını edəcək.

Lars Loke Rasmussen işğal xəttinə baş çəkəcək və mövcud vəziyyətlə yerində tanış olacaq”, – rəsmi məlumatda deyilir.