Danimarkanın Xarici İşlər Naziri Gürcüstanda həyata keçirilən islahatları təsir edici adlandırır
Danimarkanın Xarici İşlər Naziri Gürcüstanda həyata keçirilən islahatları təsir edici adlandırır

“Həyata keçirdiyiniz islahatlar və nail olduğunuz müvəffəqiyyətlər həqiqətən təsir edicidir”, – bu bəyanatı Danimarkanın Xarici İşlər Naziri Anders Samuelson Gürcüstanın baş-naziri Giorgi Kvirikaşvili ilə görüş zamanı verdi.

Anders Samuelsonun dəyərləndirməsinə görə, Gürcüstan Danimarkanın əhəmiyyətli partnyorudur və Danimarka hər zaman onu dəstəkləyir.

 

Baş nazir Danimarka Krallığının Xarici İşlər Nazirinə Gürcüstana dəstək proqramları və ölkələrin avroatlantik gündəminin təmin edilməsi üçün dəstək verdiyi üçün təşəkkür bildirdi.

Görüş zamanı ticari-iqdisadi əlaqələrin dərinləşdirilməsi haqqında və Gürcüstanın investisiya mühiti haqqında da söhbət aparıldı.