Danimarka səfiri Xarici İşlər Nazirliyində görüş keçirir
Danimarka səfiri Xarici İşlər Nazirliyində görüş keçirir

Danimarkanın səfiri Ann Toft Sorensen Gürcüstanın Xarici İşlər Nazirliyindədir.

Xarici İşlər Nazirliyi hələlik rəsmi şərh verməyib, lakin səfirin çağırılmasına səbəb ehtimal ki, onun Danimarka nəşrlərindən birində dərc etdirdiyi müəllif məqaləsi olub.

Gürcüstanla bağlı müəllif məqaləsində Danimarka səfiri Bidzina İvanişvilidən oliqarx kimi bəhs edir və onun sərvətini Rusiyada topladığını deyir.