Danimarka Gürcüstan və Ukraynaya, Rusiya aqressiyası ilə mübarizə üçün 860 milyon kron ayıracaq
Danimarka Gürcüstan və Ukraynaya Rusiya aqressiyası ilə mübarizə üçün 860 milyon kron ayıracaq. Bu barədə bəyanatı Danimarkanın Xarici İşlər Naziri Anders Samuelsen verdi.
Yerli medyanın yazdığına görə, nazirlik yeni qonşuluq siyasətini artıq təsdiqlədi, hansına əsasən, Gürcüstan və Ukrayna üçün 2017-2021-ci illərdə 860 milyon kron ayrılacaq.
Samuelsenin dediyinə görə, Gürcüstanın müəyyən hissəsi Rusiya tərəfindən işğal edilib və iqtidar bu əraziləri nəzarət edə bilmir.
“Biz Gürcüstana və Ukraynaya yardım etməliyik ki, onlar düzgün funksiya edən demokratiyaya çevrilə bilsinlər. Biz hər iki ölkənin bizneslərinə də yardım etmək istəyirik ki, Gürcüstan və Ukraya Avropaya yaxınlaşa bilsin. Bunun üçün, onlar öncə maddi cəhəddən güclü olmalıdırlar”, – dedi Samuelsen.