Daniel Haqari – İranın İsrailə atdığı pilotsuz təyyarələrin və raketlərin 99 faizi İsrailin hava hücumundan müdafiəsi tərəfindən zərərsizləşdirilib

10:30, 14.04.2024

İsrail Müdafiə Qüvvələrinin sözçüsü Daniel Haqari bildirib ki, İranın gecə saatlarında İsrail istiqamətində atdığı 300 müxtəlif tipli dronları və raketin 99%-i hava hücumundan müdafiəsi tərəfindən zərərsizləşdirilib.

“Bu, çox mühüm strateji nailiyyətdir”, – deyə Haqari bildirib.

Onun sözlərinə görə, İran İsrail istiqamətində 170 pilotsuz uçuş aparatı buraxıb və onların heç biri İsrailin hava məkanına daxil olmayıb, İsrail və müttəfiqləri İsrail hava məkanından kənarda onların hamısını zərərsizləşdirməyə müvəffəq olublar.

İsrail Müdafiə Qüvvələrinin sözçüsü qeyd edib ki, bununla yanaşı, İran İsrail istiqamətində 30 qanadlı raket buraxıb, lakin onların heç biri İsrailin hava məkanına daxil olmayıb, İsrail onlardan 25-ni zərərsizləşdirməyə müvəffəq olub.

Bununla yanaşı, Haqarinin sözlərinə görə, İran İsrailə 120 ballistik raket atıb, bir çoxu “Arrow” hava hücumundan müdafiə sistemi tərəfindən vurulub, hərçənd, bəzi bəzi raketlər İsrailin müdafiəsindən yan keçərək İsrailin cənubunda yerləşən Nevatim aviabazasını vurmağa müvəffəq olub.

“İran bazanı iflic edə biləcəyini və bununla da hava imkanlarımıza zərər verə biləcəyini düşünürdü, lakin bunu edə bilmədi. Hərbi Hava Qüvvələrinə məxsus təyyarələr hücum və müdafiə missiyaları üçün bazadan qalxmağa və enməyə davam edirlər”, – deyə Haqari bildirib.

Oxşar