Daxili turizmin təşviqi və xidmətlərin keyfiyyətini yaxşılaşdırmaq məqsədi ilə yeni layihə başlayır
Daxili turizmin təşviqi və xidmətlərin keyfiyyətini yaxşılaşdırmaq məqsədi ilə yeni layihə başlayır

 

Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyinin Turizm Milli Administrasiyası daxili turizmin təşviqi və xidmətlərin keyfiyyətini yaxşılaşdırmaq məqsədi ilə yeni layihə başlayır.

Administrasiyanın təşkilatçılığı ilə iyul və avqust aylarında Gürcüstanın müxtəlif bölgələrində “Kənd turizmi və kənddə turizm xidmətlərinin xüsusiyyətləri” mövzusunda təlim kursu keçiriləcək.

Turizm Milli Administrasiyasından verilən məlumata görə, təlimlər aqrar turizm obyektlərinin, ailəvi mehmanxanalar və digər yerləşdirmə obyektlərinin nümayəndələri üçün nəzərdə tutulub.

Təlimlərdə kənd turizmi ilə maraqlananlar və bu istiqamətdə fəaliyyətə başlamaq istəyənlər də iştirak edə biləcəklər.

Gürcüstan Eko-Turizm Assosiasiyasının təlimçiləri tərəfindən keçiriləcək təlimin mövzularına : turizm məhsulları, uğurlu turizm məhsulları nümunələri, qaydalar və qanunvericilik bazası, maliyyə uçotu və qiymətlər, şaxələndirilmiş məhsul və şaxələndirilmiş rabitə kanalları və s. daxildir.

Təlim kursları Gürcüstanın aşağıdakı şəhər və qəsəbələrində tamamilə təmənnasız keçirilir: Lanchxuti, Ozurqeti, Çoxatauri, Xoni, Tsğaltubo, Xaraaqauli, Zestaponi, Bağdati, Vani, Bolnisi, Tetritskaro, Qori, Kaspi and Xashuri.