Daxili İşlər Nazirliyinin Strateji Kommunikasiyalar Şöbəsi Rikoti dağ keçidi hissəsində mövcud vəziyyətlə bağlı bəyanat yayır
Daxili İşlər Nazirliyinin Strateji Kommunikasiyalar Şöbəsi Rikoti dağ keçidi hissəsində mövcud vəziyyətlə bağlı bəyanat yayır.
“Müxtəlif KİV-lərdə guya Rikoti dağ keçidi hissəsində nəqliyyat vasitələrinin hərəkətində bir neçə gündür ləngimə olduğuna dair yayılan məlumata münasibət bildirmək istərdik.
Aprelin 8-dən sözügedən hissədə patrul polisi əməkdaşları tərəfindən yol idarəsinin təyin etdiyi rejimlərə müvafiq şəkildə, həm yüngül, həm də yük avtomobillərinin hərəkəti təmin edilib, o cümlədən eyni rejimə uyğun olaraq qoşqulu və yarımqoşqulu yük avtomobilləri axşam saat 21:00-dan səhər saat 06:00-a qədər iki istiqamətli hərəkət edirdilər.
Bundan irəli gələrək, sözügedən hissədə sürücülərin bir neçə gün gözləməli olması ilə bağlı yayılan məlumat həqiqətə uyğun deyil.
Bu vaxta olan məlumatlara görə Rikoti dağ keçidində bütün növ avtonəqliyyat vasitələrinin hərəkəti tamamilə qadağan edilib.
Tbilisidən qərbə, qərbdən isə Tbilisi istiqamətində yüngül və sərnişin avtomobilləri üçün Qomi-Sachxere-Chiatura-Zestaponi yolundan keçməklə maneəsiz hərəkət etmək mümkündür. Sözügedən yolda hazırda tıxac müşahidə olunmur.
Sərnişinlərin təhlükəsiz hərəkətini təmin etmək məqsədi ilə patrul polisinin nümayəndələri ərazidə qalır, avtonəqliyyat vasitələrinin yol idarəsi tərəfindən təyin edilmiş rejimə əsasən hərəkətini təmin edirlər”- deyə bəyanatda qeyd olunub.