Daxili İşlər Nazirliyinin rəsmi məlumatına əsasən, Rustavidə İstanbul bazarının ərazisində 4 nəfər qətlə yetirilib
Daxili İşlər Nazirliyinin rəsmi məlumatına əsasən, Rustavidə İstanbul bazarının ərazisində 4 nəfər qətlə yetirilib.
“Daxili İşlər Nazirliyinin İctimai Təhlükəsizliyin İdarəedilməsi Mərkəzi 112-yə Rustavi şəhərində İstanbul bazarı ərazisində baş verən atışma ilə bağlı bildiriş daxil olub. Bildiriş alan kimi Daxili İşlər Nazirliyinin müvafiq bölmələrinin nümayəndələri dərhal hadisə yerinə gediblər.
1988-ci il təvəllüdlü Q.O.-nun bazarın ərazisində bir neçə dəfə atəş açdığı müəyyən edilib.
Atışma nəticəsində 4 nəfər qətlə yetirilib, qətlə yetirilənlər arasında təqsirləndirilən şəxsin adıçəkilən bazarda işləyən əmisi də var. Bir nəfər yaralanıb, o, təqsirləndirilən şəxsin əmisi oğludur.
Yaralı xəstəxanaya yerləşdirilib, ona müvafiq tibbi yardım göstərilir.
Hüquq-mühafizə orqanlarının əməkdaşları Q.O.-nu hadisə yerində saxlayıblar.
Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerinə səfərbər olunublar və bütün müvafiq tədbirlər görülür” – deyə Daxili İşlər Nazirliyinin bəyanatında qeyd olunub.