Daxili İşlər Nazirliyinin məlumatına görə, Xaraqaulidə qətl və yaralama törətmiş bir nəfər, cinayət barədə məlumat verməmək ittihamı ilə həbs edildi
Gürcüstan Daxili İşlər Nazirliyində bəyan edirlər ki, hüquq-mühafizə orqanları Xaraqaulidə baş verən qətl və yaralanma ilə bağlı cinayət barədə məlumat verməmək ittihamı ilə bir nəfəri həbs etdilər.
İdarənin məlumatına görə, 1978-ci il təvəllüdlü C.S. xüsusilə ağır cinayət barədə məlumat verməməkdə ittiham edilərək həbs edildi.
Cinayətdə təqsirləndirilən ikinci şəxsə gəldikdə, Daxili İşlər Nazirliyində qeyd olunduğu kimi, onun şəxsiyyəti müəyyən edilməyib.
“Hüquqmühafizəçilət təqsirləndirilən şəxsin yerinin müəyyən edilməsi və tutulması istiqamətində fəal əməliyyat-istintaq tədbirləri həyata keçirirlər.
İstintaq Cinayət Məcəlləsinin 19-109 və 376-cı, iki və ya daha çox şəxsi öldürməyə cəhd və xüsusilə ağır cinayət haqqında məlumat verməmə maddələri ilə aparılır”, – DİN-də bəyan edirlər.