Daxili İşlər Nazirliyinin məlumatına görə, parlament qarşısında bu gün keçirilən etiraz aksiyası zamanı 14 polis yaralanıb
Parlamentin yaxınlığında, Rustaveli prospektində bu gün keçirilən etiraz aksiyası zamanı 14 hüquq-mühafizə orqanı əməkdaşı yaralanıb.
Məlumatı Daxili İşlər Nazirliyi təsdiqləyir.
Agentliyin məlumatına görə, polislərin müxtəlif dərəcəli bədən xəsarətləri var.
Daxili İşlər Nazirliyi bir neçə dəfə mitinq iştirakçılarını etirazlarını bildirərkən qanun çərçivəsindən kənara çıxmamağa çağırıb.