Daxili İşlər Nazirliyinin məlumatına görə, Oni munisipalitetində aşkar edilən döyüş sursatı faktı ilə bağlı istintaqa başlanıldı
Daxili İşlər Nazirliyinin məlumatına görə, Oni munisipalitetində aşkar edilən döyüş sursatı faktı ilə bağlı istintaqa başlanıldı

Daxili İşlər Nazirliyinin İmereti, Raça-Leçxumi və Kvemo Svaneti Polis Departamentləri Oni munisipalitetində aşkar edilən döyüş sursatı faktı ilə bağlı Gürcüstan Cinayət Məcəlləsinin 236-cı maddəsi ilə istintaqa başladı, – bu barədə Daxili İşlər Nazirliyi məlumat yayr.

“Cari il avqustun 20-də Oni munisipalitetinin İri kəndində xəbərdarlıq plakatlarının yerləşdirildiyi işğal xəttinə yaxın iki metal dirəkdə əməliyyat məlumatı əsasında F-1 tipinə oxşar partlayıcı qurğu – əl qumbarası aşkar edildi. Dərhal polis tərəfindən istintaq və prosessual hərəkətlərə başlanıldı.

İstintaq prosesində, mərmisizləyicilərin iştirakı ilə plastik qutu ilə F-1 tipli ştamp top təlim-səs qumbaraları götürüldü, hansı da təhlükəsizlik məqsədilə, mərmisizləyicilər tərəfindən yerindəcə məhv edildi”, – DİN-in bəyanatında deyilir.