Daxili İşlər Nazirliyi-Quriya bölgəsində təbii fəlakət zonasında ikinci cəsəd tapılıb, xilasedicilər daha bir nəfəri axtarırlar
Daxili İşlər Nazirliyi-Quriya bölgəsində təbii fəlakət zonasında ikinci cəsəd tapılıb, xilasedicilər daha bir nəfəri axtarırlar

Gürcüstanın Daxili İşlər Nazirliyi Quriya bölgəsində təbii fəlakət zonasında ikinci cəsədin tapıldığına dair bəyanat yayır.

Qurumun yaydığı məlumata görə, xilasedicilər daha bir nəfəri axtarırlar.

“Quriya bölgəsində, təbii fəlakət zonasında Daxili İşlər Nazirliyinin Fövqəladə Halların İdarə Edilməsi Xidmətinin yanğınsöndürən-xilasediciləri fövqəladə rejimdə işlərini davam etdirirlər. Axtarış tədbirləri zamanı daha bir cəsəd tapılıb, bir nəfərin axtarışları davam etdirilir.

Hazırda aralarında uşaq və yetkinlik yaşına çatmayan şəxslər də daxil olmaqla 11 vətəndaş xilasedicilər tərəfindən xilas edilərək təhlükəsiz əraziyə çıxarılıb. Ölən iki nəfərin meyiti tapılıb, bir yeniyetmənin axtarışları davam edir.

Daxili İşlər Nazirliyinin müxtəlif bölmələrinin nümayəndələri təbii fəlakət baş verən ərazilərdədir, müvafiq texnika da səfərbər olunub, aktiv iş rejimində işlər aparılır.

Bölgə əhalisini hərəkətdən çəkinməyə və ərazidəki Daxili İşlər Nazirliyinin nümayəndələrinin göstərişlərinə əməl etməyə çağırırıq”, – deyə Daxili İşlər Nazirliyinin məlumatında bildirilir.