Daxili İşlər Nazirliyi-Quriyada təbii fəlakət bölgəsində bir cəsəd tapılıb, xilasedicilər daha iki nəfəri axtarırlar
Xilasedicilər Quriyada təbii fəlakət zonasında bir cəsədi tapıblar, itkin düşən iki nəfərin axtarışları davam edir-bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayır.
Verilmiş məlumatda xilasedicilərin cəsədi axtarışlar zamanı Cumati kəndində aşkar etikləri qeyd olunub.
“Quriya bölgəsində yağan güclü yağışlar nəticəsində çaylar məcralarından çıxıb, sürüşmə baş verib, yaşayış evləri, körpülər, kəndləri birləşdirən yollar sıradan çıxıb.
Daxili İşlər Nazirliyinin müxtəlif bölmələrinin nümayəndələri təbii fəlakət baş verən ərazilərdədir, müvafiq texnikalar səfərbər olunub və aktiv iş rejimində işlər aparılır.
Bölgə əhalisini hərəkətdən çəkinməyə və ərazidəki Daxili İşlər Nazirliyinin nümayəndələrinin göstərişlərinə əməl etməyə çağırırıq.
Bu vaxt üçün xilasedicilərin axtarışları çərçivəsində rayonun Cumati kəndində bir azyaşlının cəsədi tapılıb, itkin düşən iki nəfərin axtarışları davam etdirilir.
Təhlükəsizlik tədbirləri ilə əlaqədar Daxili İşlər Nazirliyinin 112 İctimai Təhlükəsizliyi İdarəetmə Mərkəzi tərəfindən Quriya bölgəsinin ətraf ərazilərində vətəndaşlara xəbərdarlıqedici mesajlar göndərilir”, – Daxili İşlər Nazirliyinin məlumatında deyilir.