Daxili İşlər Nazirliyinin məlumatına görə, artıq 70-ə yaxın vətəndaş təbii fəlakət bölgəsindən təxliyə edilib
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, artıq Oni Munisipalitetində 70-ə yaxın vətəndaş təbii fəlakət zonasından təxliyə edilib.
“Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən Oni Munisipalitetində davam etdirilən xilasetmə əməliyyatı nəticəsində təbii fəlakət zonasında olan 70-ə yaxın vətəndaş təhlükəsiz əraziyə çatdırılıb” – deyə Daxili İşlər Nazirliyindən bildirilib.
Onların məlumatına görə, sərhəd polisi helikopterləri ilə artıq üç uçuş həyata keçirilib və xilasetmə əməliyyatı hələ də davam edir.
“Daxili işlər nazirinin müavinləri İoseb Chelidze və Qiorqi Butxuzi, Fövqəladə Halların İdarə Edilməsi Xidmətinin rəisi – Teymuraz Mğebrişvili təbii fəlakət bölgəsindədirlər və xilasetmə əməliyyatlarına rəhbərlik edirlər.
Hadisə yerinə sərhəd polisinin iki helikopteri, nazirliyin Fövqəladə Halların İdarə Edilməsi Xidmətinin yanğınsöndürənləri və xilasediciləri, polis bölmələrinin əməkdaşları və bütün aidiyyəti dövlət qurumlarının nümayəndələri cəlb olunub” – deyə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.
Mövcud məlumata görə, təbii fəlakət zonasında olan vətəndaşlar arasında xəsarət alan yoxdur.
Bu gün Şovidə torpaq sürüşməsi baş verib. Mövcud məlumata görə, təbii fəlakət zonasında olan vətəndaşlar arasında xəsarət alan yoxdur.