Daxili İşlər Nazirliyinin məlumatına əsasən, Kesaria Abramidzenin qətli faktı üzrə, cinsi zəmində xüsusi amansızlıqla ağırlaşdırıcı hallarda törədilmiş qəsdən adam öldürmə ittihamı ilə bir nəfəri saxlayıblar
Daxili İşlər Nazirliyi Kesaria Abramidzenin qətlində ittiham olunan şəxsin saxlanılması ilə bağlı rəsmi məlumat yayır.
“Daxili İşlər Nazirliyinin Tbilisi Polis Departamentinin əməkdaşları “isti izlər”lə həyata keçirdikləri əməliyyat tədbirləri və istintaq hərəkətləri nəticəsində 1998-ci il təvəllüdlü B.C.-ni cinsi zəmində xüsusi amansızlıqla ağırlaşdırıcı hallarda törədilmiş qəsdən adam öldürmə ittihamı ilə saxlayıblar.
Cinayət 16 ildən 20 ilədək və ya ömürlük azadlıqdan məhrum etməni nəzərdə tutur.
İstintaqla, cari ilin sentyabrın 18-də Didi Diğomidə təqsirləndirilən şəxsin qarşılıqlı mübahisə zəminində 1987-ci il təvəllüdlü K.A.-ya öz evində soyuq silahla çoxsaylı xəsarətlər yetirdiyi və hadisə yerindən qaçaraq gizləndiyi müəyyən edilib.
Yaralı K.A. aldığı xəsarətlər nəticəsində yerindəcə dünyasını dəyişib.
Hüquq-mühafizə orqanlarının əməkdaşları həyata keçirdikləri istintaq hərəkətləri nəticəsində cinayəti törətmiş şəxsi “isti izlər”lə saxlayıblar” – Daxili İşlər Nazirliyi tərəfindən yayılmış məlumatda deyilir.
Onların məlumatına əsasən, cinayət silahı – bıçaq maddi sübut kimi götürülüb.
Daxili İşlər Nazirliyinin məlumatına əsasən, faktla əlaqədar Cinayət Məcəlləsinin 109-cu maddəsinin “t” və “m” bəndləri ilə istintaq aparılır, bu da cinsi zəmində xüsusi amansızlıqla ağırlaşdırıcı hallarda törədilmiş qəsdən adam öldürməni nəzərdə tutur.