Daxili İşlər Nazirliyinin xidmət qurumu yanvarın 1-dən 9-dək işləməyəcək

2022-ci il yanvarın 1-dən yanvarın 9-dək olan müddət xidmət agentliyində istirahət günü elan edilib, agentlik yanvarın 10-dan öz işini bərpa edəcək, – Gürcüstan Daxili İşlər Nazirliyinin xidmət agentliyinin bəyanatında deyilir.

Daxili İşlər Nazirliyinin Xidmət Agentliyi nəzərinizə çatdırır ki, Gürcüstan hökumətinin qərarına və daxili işlər nazirinin əmrinə əsasən, 2022-ci il yanvarın 1-dən yanvarın 9-dək olan müddət Xidmətdə istirahət günü elan edilib. Agentlik yanvarın 10-dan normal fəaliyyətini bərpa edəcək.

Əlavə olaraq nəzərinizə çatdırırıq ki, xidmət agentliyi 2021-ci il 31 dekabr tarixində saat 09:30-dan 16:00-a kimi fəaliyyət göstərəcək. Qeyd olunan müddətdə, yəni yanvarın 3-dən 6-dək sürücülük hüququ əldə etmək üçün elektron sınaq imtahanı sifariş etmiş vətəndaşlar yanvarın 10-dan 31-dək rezervasiya zamanı göstərdikləri struktur bölmələrində imtahan verə biləcəklər.

 

“Nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsinin son günü 2022-ci il yanvarın 1-dən yanvarın 9-dək olan şəxslər 2022-ci il yanvarın 10-da gömrük rəsmiləşdirilməsi üçün Xidmət Agentliyinə müraciət etməlidirlər”, – deyə Xidmət Agentliyinin məlumatında deyilir. a