Daxili İşlər Nazirliyinin İnformasiya-analitik departamentinin direktoru vəzifəsinə Mixeil Dauşvili təyin edildi
Daxili İşlər Nazirliyinin İnformasiya-Analitik departamentinin direktoru vəzifəsinə Mixeil Dauşvili təyin edildi.
Bu barədə bəyanatı Gürcüstanın Daxili İşlər Nazirliyi yayır.
Ona qədər isə, analitik-informasiya departamentinin direktor vəzifəsində Kaxaber Kemoklidze işləyirdi, hansı ki, Gürcüstanın Milli Təhlükəsizlik Şurası Aparatının rəhbəri təyin edildi.
Daxili İşlər Nazirliyinin məlumatına görə, Mixeil Dauşvili 2008-2012-ci illərdə Qafqaz Univesitetinin hüquq məktəbində təhsil alırdı. 2012-2014-cü illərdə isə, İlia Dövlət Universitetində biznes hüququ istiqamətində hüquqşünas maqistri dərəcəsini aldı.
2018-ci ilin may ayından bugünə qədər isə, Daxili İşlər Nazirliyinin informasiya-analitik departamentinin direktor müavini idi.
2013-cü ildən etibarən Mixeil Dauşvili Gürcüstanın Gənc Hüquqşünaslar Asosiasiyasının üzvüdür.