Daxili İşlər Nazirliyinin Baş İnspeksiya İdarəsi Tğibuli rayon idarəsinin müstəntiq-inspektorunu saxlayıb
Daxili İşlər Nazirliyinin Baş İnspeksiya İdarəsinin əməkdaşlarının keçirdikləri istintaq-əməliyyat tədbirləri nəticəsində Tğibuli rayon idarəsinin müstəntiq-inspektoru, 1970-ci il təvəllüdlü M.Ş. hakimin hökmü əsasında dələduzluq faktı üzrə saxlanılıb.
Məlumatı Daxili İşlər Nazirliyi yayır.
İdarədən verilən məlumatda, istintaqın dayandırılmış sürücülük hüququnu guya bərpa etmək müqabilində M.Ş-ın 2000 lari aldığını müəyyən etdiyi deyilir.