Daxili İşlər Nazirliyində Vake parkında baş vermiş hadisə ilə əlaqədar artıq 100-ə yaxın şəxsin dindirildiyini, bütün zəruri ekspertizaların təyin edildiyini açıqlayırlar
Gürcüstanın Daxili İşlər Nazirliyində Vake parkında baş vermiş hadisə ilə əlaqədar aktiv istintaq hərəkətlərinin davam etdiyini və iş üzrə artıq 100 nəfərin dindirildiyini açıqlayırlar.
Bu barədə jurnalistlərə Tbilisi Polis İdarəsinin rəis müavini Kaxa Muradaşvili məlumat verib.
“Bildiyiniz üzrə, Daxili İşlər Nazirliyi baş vermiş fakt ilə əlaqədar 240-e prima maddəsinin birinci və ikinci hissələri ilə istintaq başladıb, bu elektrik müəssisəsində qayda pozuntusunu və bunun insan itikisinə səbəb olmasını nəzərdə tutur. İstintaq başlanan andan etibarən hadisə yerində həm Daxili İşlər Nazirliyinin, həm də Levan Samxarauli Ekspertiza Bürosunun ekspertlərinin iştirak etdiyi bütün zəruri əməliyyat-axtarış tədbirləri həyata keçirilib. Həm işləri yerinə yetirən şirkətin nümayəndələri, həm də Tbilisi Şəhər Xidmətinin əməkdaşları dindiriliblər. Məktəb müəllimləri, mandaturlar və qeyd olunan faktla bağlı hər hansı məlumatı olan və ya şahid şəxslər dindiriliblər.
Bu günədək istintaq hərəkətləri fasiləsiz davam etdirilir, bütün zəruri ekspertizalar təyin edilib. Bu mərhələdə yüzə yaxın insan dindirilib. İstintaq icraçı şirkətdən və Tbilisi şəhər ofisindən götürülən bütün sənədlər öyrənilir. Bu sənədlər layihə-tikinti sənədləri, təhvil-təslim aktları, ekspert rəyləri, həmçinin qeyd olunan işlərin aparılması və ya layihələndirilməsi ilə bağlı bütün zəruri sənədlərdir” – deyə Kaxa Muradaşvili bildirib.