Daxili İşlər Nazirliyində "Silah haqqında" qanuna dəyişikliklərlə bağlı işgüzar görüş keçirilib
Daxili işlər naziri Vaxtanq Qomelaurinin rəhbərliyi ilə Daxili İşlər Nazirliyində Gürcüstanın “Silah haqqında” qanununa dəyişikliklərlə bağlı qanun layihəsi ilə maraqlanan şəxslərlə işgüzar görüş keçirilib.
Daxili İşlər Nazirliyi tərəfindən yayılmış məlumatda görüşdə daxili işlər nazirinin müavini Aleksandre Daraxvelidze və nazirliyin müxtəlif struktur bölmələrinin nümayəndələrinin iştirak etdiyi deyilir.
Daxili İşlər Nazirliyi tərəfindən yayılmış məlumatda planlaşdırılan qanunvericilik dəyişikliklərinin məqsədinin silahdan təyinatı üzrə istifadə edilməməsi hallarının azaldılmasına və qarşısının alınmasına xidmət etdiyi deyilir.
Daxili İşlər Nazirliyinin nümayəndələri görüş iştirakçılarına qanunvericilik yeniliklərini ətraflı şəkildə təqdim ediblər. Görüşdə sözügedən qanun layihəsi çərçivəsində irad və rəylər ətraflı müzakirə olunub.
Daxili İşlər Nazirliyindən açıqlandığı üzrə təqdim olunan qanun layihəsinin iradlar nəzərə alınmaqla yenidən işlənib hazırlanması və yaxın vaxtlarda ikinci oxunuşda müzakirə edilməsi üçün Gürcüstan parlamentinə təqdim edilməsi barədə razılıq əldə olunub.