Daxili İşlər Nazirliyində bəyan edirlər ki, Kaspidə bir müəssisəyə hücum edən şəxs DİN-in sabiq əməkdaşıdır
Daxili İşlər Nazirinin müavini Vladimer Bortsvadzenin dediyinə görə, Kaspidə xüsusi əməliyyat zamanı həbs edilən şəxs Daxili İşlər Nazirliyinin sabiq əməkdaşıdır.
Bortsvadzenin dediyinə görə, həbs edilən şəxs ağır emosiyonal vəziyyətdə idi.
“O bir neçə nəfəri girov almışdı və bir neçə saatlıq danışıqlardan sonra onları azad etdi.
Cinayətkar çox ağır emosiyonal vəziyyətdə idi, ancaq kimsəyə zərər verilmədən xüsusi əməliyyat müvəffəqiyyətlə başa çatdı” – dedi Bortsvadze.
Onun dediyinə görə, müəssisəyə hücum edən şəxs polisdən ona maşın verilməsini tələb edirdi və Gürcüstandan getmək istəyirdi.
“O bizə bir neçə gün bundan öncə müraciət etdi və bir neçə şəxslə bağlı şikayət etdi. Bir neçə nəfərin onu təhdid etdiyini bildirdi. Bu məsələ ilə bağlı DİN-də istintaq aparılırdı.
O 2018-ci ildə, polis fəaliyyətini öz ərizəsi əsasında buraxdı” – dedi Bortsvadze.
Xatırladaq ki, cinayətkar bugün Kaspidə müəssəsilərdən birinin ərazisinə daxil oldu və ov tüfəngi ilə hədələyərək, iki nəfəri girov tutdu.