Daxili İşlər Nazirliyi yetkinlik yaşına çatmayan şəxsin istismarı faktı ilə əlaqədar iki nəfəri saxlayıb, bir nəfər barəsində isə ittiham irəli sürüb
Daxili İşlər Nazirliyi yetkinlik yaşına çatmayan şəxsin istismarı faktı ilə əlaqədar iki nəfəri saxlayıb, bir nəfər barəsində isə ittiham irəli sürüb

 
Daxili İşlər Nazirliyinin Mərkəzi Kriminal Polis Şöbəsinin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Baş İdarəsinin Trefikinq və Qanunsuz Miqrasiyaya Qarşı Mübarizə Bölməsinin əməkdaşları tərəfindən yetkinlik yaşına çatmayan şəxsin istismarının cinayətkar sxemi aşkar edilib, 2 nəfər saxlanılıb, 1 nəfər barəsində ittiham irəli sürülüb. Məlumatı Daxili İşlər Nazirliyi yayır.

“1989-cu il təvəllüdlü N.A. yetkinlik yaşına çatmayan şəxsin istismarında, 1981-ci il təvəllüdlü O.Ç. isə xüsusilə ağır cinayət barədə məlumat vermədiyinə görə saxlanılıb. Eyni cinayətə görə hazırda həbsdə olan 1991-ci il təvəllüdlü B.B. barəsində ittiham irəli sürülüb.

Cinayət 15 ilə qədər müddətə həbs cəzasını nəzərdə tutur.

Aparılmış istintaqla müəyyən edilib ki, təqsirləndirilən N.A. yetkinlik yaşına çatmayan şəxsin istismarı sxemini hazırlayıb, onu həyata keçirmək və əmək istismarı məqsədilə, azyaşlı övladına psixoloji təzyiq göstərərək Tbilisi şəhərinin müxtəlif rayonlarında dilənməyə məcbur edib və əldə edilən pulu tamamilə mənimsəyib.

Həmçinin, istintaqla təqsirləndirilən N.A.-nın azyaşlı övladına qarşı törətdiyi ağır cinayətin keçmişdə mühakimə olunmuş O.Ç.-yə və həbsdə olan B.B.-yə məlum olduğu müəyyən edilib.

İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 143-cü sekunda (ikinci) maddəsinin 2-ci hissəsinin “B” yarımbəndi və 376-cı maddəsinin 2-ci hissəsi ilə aparılır” – deyə qurumun məlumatında qeyd olunub.