Daxili İşlər Nazirliyi Xobidə dünən baş vermiş qətl hadisəsi ilə bağlı məlumat yayır
Daxili İşlər Nazirliyi Xobidə dünən baş vermiş qətl hadisəsi ilə bağlı məlumat yayır

 
Daxili İşlər Nazirliyinin Sameqrelo-Zemo Svaneti Polis İdarəsinin əməkdaşları tərəfindən “isti izlər” əsasında keçirilmiş əməliyyat tədbirləri və istintaq hərəkətləri nəticəsində 1992-ci il təvəllüdlü Z.U. qəsdən adam öldürmə ittihamı ilə saxlanılıb.

Nazirlikdən verilən məlumatda cinayətin 10 ildən 15 ilədək həbs cəzasını nəzərdə tutduğu deyilir.

“İstintaqla təqsirləndirilən şəxsin qarşılıqlı mübahisə zəminində Xobi Munisipalitetinin kəndlərindən birində küt alətlə tanışı – 1974-cü il təvəllüdlü X.L.-yə ölümcül xəsarət yetirdiyi və onun hadisə yerində dünyasını dəyişdiyi müəyyən edilib.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Z.U. hadisənin baş verməsindən sonra tez bir zamanda təqsirləndirilən şəxs qismində saxlanılıb.

İstintaq Gürcüstan Cinayət Məcəlləsinin qəsdən adam öldürməni nəzərdə tutan 108-ci maddəsi ilə aparılır”-deyə Daxili İşlər Nazirliyindən açıqlayıblar.

Qətl hadisəsi dünən Xobi Munisipalitetində baş verib.