Daxili İşlər Nazirliyi - vətəndaşların təbii fəlakət zonasından təxliyyəsi fəal şəkildə həyata keçirilir, hazırda daha 140 nəfər təhlükəsiz əraziyə köçürülüb
Gürcüstan Daxili İşlər Nazirliyinin məlumatına görə, Oni Munisipalitetində vətəndaşlar təbii fəlakət zonasından fəal şəkildə təxliyə edilir və hazırda daha 140 nəfər təhlükəsiz yerə köçürülüb.
Bundan başqa, Daxili İşlər Nazirliyindən verilən məlumata görə, təbii fəlakət zonasında xüsusi təlim keçmiş itlərlə işləyən Fövqəladə Halların İdarə Edilməsi Xidmətinin kinoloqlar qrupu xilasetmə işlərinə cəlb olunub.
“Oni Munisipalitetində , təbii fəlakət zonasında ikinci gündür ki, axtarış-xilasetmə əməliyyatı davam edir, bu əməliyyata 400-ə yaxın yanğınsöndürən-xilasedici və Daxili İşlər Nazirliyinin müxtəlif bölmələrinin əməkdaşları cəlb olunub.
Bu gün saat 06:00-dan etibarən iki sərhəd polisi helikopteri xilasetmə əməliyyatına cəlb olunub. Hadisənin baş verdiyi bölgədə İmereti, Raca-Leçxumi və Kvemo Svaneti Polis İdarəsinin və Patrul Polis İdarəsinin əməkdaşları da işləyirlər.
Xilasetmə əməliyyatlarına təbii fəlakət zonasında xüsusi təlim keçmiş itlərlə işləyən fövqəladə halların idarə olunması xidmətinin kinoloqlar qrupu cəlb olunub.
Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən təbii fəlakət zonasından vətəndaşlar fəal şəkildə təxliyə edilir, hazırda daha 140 nəfər təhlükəsiz əraziyə köçürülüb. Təbii fəlakət zonasında yerli meriyada yaradılmış koordinasiya qərargahı ilə daimi əlaqədə olan səhra qərargahı yaradılıb, geoloqlar da bölgədə işləyirlər.
Avqustun 3-də Şovidə sürüşmə baş verib. Təbii fəlakət nəticəsində iki nəfər həlak olub.