Daxili İşlər Nazirliyi vətəndaşları 7000 ABŞ dolları müqabilində qanunsuz olaraq Meksikadan keçməklə ABŞ-a aparacağını vəd edən şəxsi dələduzluq faktı üzrə saxlayıb
DİN-in Mərkəzi Kriminal Polis İdarəsinin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Baş İdarəsinin İnsan alveri və Qanunsuz Miqrasiyaya qarşı mübarizə şöbəsinin əməkdaşları əvvəllər məhkumluq həyatı yaşamış və hazırda şərti cəza çəkən 1974-cü il təvəllüdlü K.T.-ni dələduzluq ittihamı ilə, hakimin hökmü əsasında saxlayıblar.
Daxili İşlər Nazirliyi cinayətin altı ildən doqquz ilədək müddətə həbsi nəzərdə tutduğu barədə məlumat yayır.
İstintaq, təqsirləndirilən şəxsin 7000 ABŞ dolları müqabilində Gürcüstan vətəndaşlarını qeyri-qanuni yollarla Meksikadan keçməklə Amerika Birləşmiş Ştatlarının ərazisinə aparacağını vəd etdiyini, onlardan pulu əvvəlcədən aldığını, vədlərinə isə əməl etmədiyini müəyyən edib.
Ümumilikdə, K.T. cinayət əməli nəticəsində vətəndaşlara məxsus 23 900 ABŞ dolları və 2600 avronu dələduzluq yolu ilə mənimsəyib.
İstintaq Gürcüstan Cinayət Məcəlləsinin külli miqdarda dələduzluğu nəzərdə tutan 180-ci maddəsinin üçüncü hissəsinin “b” yarım bəndi ilə aparılır” -deyə məlumatda qeyd olunub.