Daxili İşlər Nazirliyi və Gömrük İdarəsinin əməkdaşları Poti limanının estakadalarından birində işləyirlər
Daxili İşlər Nazirliyi və Gömrük İdarəsinin əməkdaşları Poti limanının estakadalarından birində işləyirlər

 

İlkin məlumata əsasən Potidə estakadalardan birində yük avtomobilində külli miqdarda narkotik vasitə olan “heroin” aşkar edilib.

Yayılmış məlumata əsasən narkotiklər yük avtomobilinin qoşqusunda, xüsusi yerləşdirilmiş anbarda gizlədilibmiş.

Bununla yanaşı ilkin məlumata əsasən yük avtomobilini İran vətəndaşı idarə edib.

Daxili İşlər Nazirliyi tərəfindən verilmiş məlumatda faktla bağlı istintaq hərəkətlərinin başladıldığı deyilir.

Daxili İşlər Nazirliyinin müvafiq bölməsinin və Gəlirlər Xidmətinin Gömrük İdarəsinin əməkdaşları ərazidə işləyirlər.