Daxili İşlər Nazirliyi Varketilidə baş vermiş  hadisə ilə bağlı rəsmi məlumat yayır
Daxili İşlər Nazirliyi Varketilidə baş vermiş  hadisə ilə bağlı rəsmi məlumat yayır

 

 

 DİN-nin Tbilisi Polis Departamentinin, Patrul Polis Departamentinin, Xüsusi Tapşırıqlar Departamentinin və Ekspert-Kriminalistika Departamentinin əməkdaşları həyata keçirilmiş  birgə tədbir nəticəsində 1975-ci il təvəllüdlü A.İ.-ni polislərə hücum ittihamı ilə yaxalayıblar.  

Daxili İşlər Nazirliyinin məlumatına görə, cinayət 4 ildən 7 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.

 Onların verdiyi məlumata  görə, 2020-ci ilin 5 iyun tarixində Daxili İşlər Nazirliyinin İctimai Təhlükəsizliyin  İdarəedilməsi Mərkəzinə , 112-yə, Tbilisidə, Varketilinin 3-cü massivində, 1975-ci il təvəllüdlü A.İ. tərəfindən  sərxoş halda  bir neçə dəfə odlu silahdan atəş açılmasına dair  məlumat daxil olub.

Polislər qəbul olmuş məlumata anındaca reaksiya veriblər və hadisə yerinə gediblər.

Bəhsi keçən şəxs polislərin dəfələrcə müraciət etmələrinə baxmayaraq,əlindəki odlu silahla atəş açmağa davam edib.

 Bir neçə saat davam edən danışıqlar nəticəsində, A.İ hüquq-mühafizəçilərin tələbinə tabe olub və yaşayış evini tərk edib.Polislər onu yerindəcə yaxalayıblar.Silahı dəlil olaraq götürüblər

 

Hazırladı-Sevinc Mustafayeva