Daxili İşlər Nazirliyi Tbilisidə Jvania küçəsində baş verən atışma faktı üzrə bir nəfəri saxlayıb
Daxili İşlər Nazirliyi Tbilisinin Jvania küçəsində baş verən atışma faktı üzrə bir nəfəri saxlayıb.
Mövcud məlumata əsasən, xarici ölkə vətəndaşı yaralanıb və xəstəxanaya yerləşdirilib.
Daxili İşlər Nazirliyindən Cinayət Məcəlləsinin 117-ci (qəsdən sağlamlığa ağır zərər vurma) və 236-cı (qanunsuz olaraq odlu silah, döyüş sursatı, partlayıcı maddələr və ya partlayıcı qurğular alma, saxlama, gəzdirmə, hazırlama, daşıma, göndərmə və ya işə keçirmə) maddələri ilə istintaq başladıldığını bildiriblər.