Daxili İşlər Nazirliyi Tbilisidə, İsaninin 62 saylı seçki məntəqəsində baş vermiş insidentlə bağlı istintaq başladıb
Daxili İşlər Nazirliyinin Tbilisi Polis Departamentinin Baş İstintaq İdarəsinin əməkdaşları İsaninin 62-ci seçki məntəqəsində baş vermiş insidentlə bağlı Gürcüstan Cinayət Məcəlləsinin 162-ci maddəsinin 1-ci hissəsi ilə istintaqa başlayıblar. Bu seçki məntəqəsinin yaxınlığında zorakılıq törədilməsini nəzərdə tutur. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayır.
“Müxtəlif seçki subyektlərinin tərəfdarlarının toplaşdığı İsaninin 62-ci seçki məntəqəsinə Tbilisi merliyinə namizəd – Nikanor Melia tərəfdarları və media nümayəndələri ilə birlikdə gəlib. Məntəqə yaxınlığında həm də, “Gürcü arzusu – Demokratik Gürcüstan Naminə” siyasi partiyasının nümayəndələri və tərəfdarları olublar.
Seçki məntəqəsində siyasi partiyaların nümayəndələri arasında sözlü qarşıdurma baş verib və elə həmin vaxt indiyədək kimliyi bilinməyən şəxs Nikanor Meliaya qarşı fiziki zorakılıq törədib. Faktla bağlı istintaq aparılır”, – deyə Daxili İşlər Nazirliyindən bildirilib.