Daxili İşlər Nazirliyi Şovidə baş verən torpaq sürüşməsi ilə bağlı məlumat yayır
Şovidə yerləşən “Sunset Shovi” otelində baş verən sürüşmə nəticəsində torpaq kütləsinin çökməsi ilə bağlı 112-yə, İctimai İdarəetmə Mərkəzinə bir sıra məlumatlar daxil olub, ictimaiyyətin nəzərinə çatdırırıq ki, hadisə ilə bağlı bütün aidiyyatı qurumlar məlumatlandırılıb, əraziyə müvafiq texnika səfərbər olunub, əlavə texnika da əlavə edilir. Bu barədə Daxili İşlər Nazirliyinin bəyanatında deyilir.
“Fövqəladə Halların İdarə Edilməsi Xidmətinin xilasediciləri və digər polis bölmələrinin nümayəndələri Daxili İşlər Nazirliyinin sərhəd polisinin iki helikopteri ilə hadisə yerinə gedirlər.
Hazırkı mərhələdə xəsarət alanlar barədə dəqiq məlumat yoxdur, biz sizə mərhələli şəkildə əlavə məlumat verəcəyik”, – deyə bəyanatda bildirilir.